Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadın cüdoçuları Avropa çempionatına qələbə ilə başlayıblar



Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.

BrendSport.az
xəbər verir ki, ilk yarış günündə Azərbaycanın dörd qadın idmançısı mübarizəyə qoşulub. Onların hər biri növbəti mərhələyə yüksəlib.

Şəfəq Həmidova (48 kiloqram) Erza Muminoviçi (Kosovo), Könül Əliyeva (48 kiloqram) Amber Gersyesi (Niderland), Gültac Məmmədəliyeva (52 kiloqram) Karla Tavares Fernandeşi (Lüksemburq) üstələyərək 1/8 finala vəsiqə qazanıb.

Leyla Əliyeva (52 kiloqram) isə 1/16 finaldakı rəqibi Nikola Nişaviç (Serbiya) tatamiyə çıxmadığı üçün növbəti raunda adlayıb.

Bu gün, həmçinin Balabəy Ağayev (60 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş