Kamandan oxatma üzrə Azərbaycan və Belarus yığmaları Qubada hazırlıq keçir

Azərbaycanın kamandan oxatma üzrə milli komandası beynəlxalq yarışlara hazırlıq məqsədilə növbəti təlim-məşq prosesini davam etdirir.
BrendSport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan hazırlıq prosesi Belarus yığması ilə birgə həyata keçirilir.
Aprelin 20-dək davam edəcək birgə toplanış hər iki ölkənin idmançıları üçün yüksəksəviyyəli hazırlıq imkanı yaradır. Hazırlığın əsas məqsədi oxatanların fiziki dözümlülüyünün artırılması, taktiki hazırlığın təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Gərgin məşq rejimində keçən toplanış zamanı hər iki komandanın üzvləri həm fərdi, həm də qrup şəklində müvafiq proqramları icra edirlər.
Bu cür beynəlxalq səviyyəli birgə hazırlıqlar idmançıların qarşıdakı mötəbər yarışlara daha yüksək formada yollanmasına xidmət edir.
Facebook-da paylaş





















