Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanı Türingiya Kubokunda 16 cüdoçu təmsil edəcək



Martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku keçiriləcək.

BrendSport.az
xəbər verir ki, 32-ci dəfə baş tutacaq ənənəvi beynəlxalq yarışda 8 çəki dərəsində Azərbaycanın 16 yeniyetmə qız cüdoçusu mübarizə aparacaq.

U-18 yaş kateqoriyasında Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kiloqram), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva (hamısı 44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Tövsiyyə Babayeva (52 kiloqram), Gülnaz Məmmədtağıyeva, Səma Vəlizadə, Yağmur Əhmədzadə (hamısı 57 kiloqram), Nəzakət Vəliyeva, Türkan Məmmədli, Zilan Hüseynli (63 kiloqram), Rəna Əhmədova, Məsumə Məmmədli (hər ikisi 73 kiloqram), Zemfira Əliyeva (+70 kiloqram) qüvvəsini sınayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş