Çempionlar Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda yarımfinala yüksəlib.
BrendSport.az xəbər verir ki, yığma B qrupundakı son oyunda İspaniya ilə qarşılaşıb. Görüş millimizin 16:11 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə qrup ikincisi olan Azərbaycan yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edəcək.
Facebook-da paylaş





















