Yunan-Roma güləşi üzrə Azərbaycan millisi İslamiadada ikinci medalını qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
BrendSport.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində rəqib iranlı Məhəmmədhadi Saravi olub. Rəqibinə 1:5 hesabı ilə uduzan idmançımız gümüş mükafatla kifayətlənib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı ikiyə çatıb. Daha əvvəl Həsrət Cəfərov (67 kiloqram) yarışda ikinci yeri tutub.
Bu gün, həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (50 kiloqram) bürünc, Jalə Əliyeva (57 kiloqram) isə qızıl medal uğrunda mübarizə aparacaq.




Facebook-da paylaş





















