Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisi Sloveniyada ardıcıl ikinci qələbəsini qazanıb



Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatej” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 25-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) vurublar.

Qeyd edək ki, beynəlxalq turnir çərçivəsində ilk oyununda İslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş