Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın U-21 millisi Bakıda İngiltərəyə böyük hesabla məğlub olub



21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.

“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.

Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.

Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

Azərbaycan – İngiltərə 1:5

Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25;67, Noni Madueke, 29, Jayden Filoyen, 53, Arçi Qrey, 88.

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina).

Bakı, “Qarabağ Arena”.


Facebook-da paylaş

Xəbəri paylaş