Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-21 millisi Bakıda İngiltərəyə böyük hesabla məğlub olub
Azərbaycanın U-21 millisi Bakıda İngiltərəyə böyük hesabla məğlub olub22-03-2024, 18:00 |
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. BrendSport.az xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb. “Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər. Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb. Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək. Avropa çempionatının seçmə mərhələsi F qrupu 22 mart Azərbaycan – İngiltərə 1:5 Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25;67, Noni Madueke, 29, Jayden Filoyen, 53, Arçi Qrey, 88. Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina). Bakı, “Qarabağ Arena”. Geri qayıt |