Albaniyalı hakim "Qarabağ"ın avrokubokda böyükhesablı qələbəsinə şahidlik edib
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununa təyinat alan albaniyalı Yucin Caya ilk dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edəcək.
BrendSport.az xəbər verir ki, 33 yaşlı ədalət təmsilçisi 2017-ci ildən beynəlxalq matçlarda iş başında olub.
Caya cari mövsüm Konfrans Liqasında təsnifat və qrup qarşılaşmalarına təyinat alıb. O, həmçinin AVRO-2024-ün seçmə mərhələsində Litva - Macarıstan görüşünü idarə edib.
Yucin Caya ötən mövsüm "Qarabağ"ın Bakıdakı görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib. O, "köhlən atlar"ın Avropa Liqasının qrup mərhələsinin II turunda Fransa "Nant"ına 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bu vəzifəni yerinə yetirib.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.
Facebook-da paylaş