Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İsveç millisinin baş məşqçisi istefa verib



İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.

BrendSport.az
xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə keçirilən oyundan sonra açıqlayıb.

2016-cı ildən skandinaviyalıları çalışdıran Yanne Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, Azərbaycan millisinin də yer aldığı F qrupunda İsveç 10 xalla üçüncü yeri tutub. 7 xala malik yığmamız 4-cü olub. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0, Bakıda baş tutan matçda isə Azərbaycan 3:0 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş