Azərbaycan millisinin voleybolçuları Vyetnamda gümüş və bürünc medal qazanıblar
Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Odina Əliyeva Vyetnam çempionatında fəxri kürsüdə yer alıblar.
BrendSport.az xəbər verir ki, P. Rəhimovanın çıxış etdiyi "Duk Qianq Tia Sanq" komandası mövsümü ikinci pillədə başa vuraraq gümüş medal qazanıb. Yığma üzvü həm də Vyetnam liqasının ən yaxşı hücumçusu seçilib.
O. Əliyevanın şərəfini qoruduğu "Binh Dyen Lonq An" komandası isə ölkə çempionatında bürünc medalın sahibi olub.
Qeyd edək ki, hər iki voleybolçu bu ilin yayından Vyetnam liqasında çıxış edir.
Facebook-da paylaş