Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Hidayət Heydərov titulunu qorumağa çalışacaq


Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

BrendSport.az
saytı xəbər verir ki, Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Zelim Tçkayev (81 kq) tatamiyə çıxacaq.

Ötən il qitə çempionu olan Heydərov titulunu qorumağa çalışacaq. O, 1/16 finalda Abdul Malik Umayevlə (Belçika), Məmmədəliyev 1/32 finalda Turpal Coukayevlə (Finlandiya) üz-üzə gələcək.

Tçkayev isə 1/32 finalda Oskari Makinenin (Finlandiya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.


Facebook-da paylaş

Xəbəri paylaş