Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisi Estoniyaya yollanacaq





AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya, evdə isə Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin üzvləri bu gün bir araya gələcəklər.

BrendSport.az
xəbər verir ki, futbolçular "Dalğa Arena"da hazırlıq keçəcəklər.

İsveçin “Yurqorden” klubundan komandaya cəlb edilən Musa Qurbanlı birbaşa Estoniyaya gedəcək. Digər legionerlərin hamısı sabah Bakıda məşqdə iştirak edəcəklər.

Milli oktyabrın 11-də, saat 15:00-da çarter reysi ilə səfərə yollanacaq və 14-də Vətənə qayıdacaq.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq yığma bundan üç gün sonra doğma meydanda Avstriyanı qəbul edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş