Minifutbol üzrə Azərbaycan millisi Türkiyə klubunu məğlub edib
Türkiyənin Belek bölgəsində təlim-məşq toplanışında olan minifutbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
BrendSport.az xəbər verir ki, rəqib Antalyanın yerli “Tuncay İdman Yurdu” komandası olub. Görüş Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandanın qollarını Təmkin Xəlilzadə, Seymur Məmmədov, Bəxtiyar Soltanov və Samir Həmzəyev vurublar.
Facebook-da paylaş