Fiqurlu Konkisürmə üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri növbəti dəfə çıxış ediblər
Fransanın Montpellier şəhərində Fiqurlu Konkisürmə üzrə dünya çempionatında çıxışını davam etdirən atletimiz Yekaterina Ryabova sərbəst proqramda növbəti dəfə öz bacarığını nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, atletimiz “Notre Dame de Paris” kompozisiyasının müşayiəti ilə buz üstünə çıxıb. Münsiflərin qiymətləndirməsinə əsasən Yekaterina 188,50 xal toplayaraq 9-cu yerdə qərarlaşıb.
Eyni zamanda, martın 25-də digər təmsilçilərimiz Aleksandr Kolosovskiy və Yekaterina Kuznetsova da buz üstündə rəqs üzrə çıxış ediblər.
Çütlüyümüz 49,12 xal toplasalar da növbəti mərhələyə yüksəlmə şansını əldən veriblər.
Fiqurlu Konkisürmə üzrə dünya çempionatında iştirak edən təmsilçimiz Vladimir Litvintsevin sərbəst proqram üzrə son çıxışı martın 26-da keçiriləcək.
Qeyd edək ki, Fiqurlu Konkisürmə üzrə dünya çempionatı martın 27-ə kimi davam edəcək.
Facebook-da paylaş