Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nəsimi rayonunda Novruz bayramına həsr olunmuş basketbol turniri keçirilib

Nəsimi rayonunda Novruz bayramına həsr olunmuş basketbol turniri keçirilib


Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 46 saylı tam orta məktəbdə rayon məktəbliləri arasında Novruz bayramına həsr olunmuş basketbol turniri keçirilib.
İdarədən BrendSport.az-a bildiriblər ki, maraqlı mübarizə şəraitində keçən yarışda ən yüksək nəticəni 211 saylı tam orta məktəbin komandası göstərib. İkinci yerdə 8, üçüncü pillədə isə 46 saylı tam orta məktəblərin komandaları qərarlaşıblar.
Qaliblər kubok, diplom və medallarla təltif olunublar.
Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağını artırmaq, idman növlərini məktəblilər arasında təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.


Facebook-da paylaş

Xəbəri paylaş