Azərbaycan millisinin Malta və Latviya ilə oyunlar üçün heyəti açıqlanıb
Martın 25-də Malta, dörd gün sonra isə Latviya yığma komandası ilə qarşılaşacaq futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
BrendSport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, heyətdə Mehdi Cənnətov ("Zirə"), Nicat Mehbalıyev ("Qəbələ"), Səlahət Ağayev ("Sabah"), Maksim Medvedev, Bəhlul Mustafazadə ("Qarabağ"), Azər Salahlı ("Neftçi"), Bədavi Hüseynov ("Qarabağ"), Höccət Haqverdi ("Sumqayıt"), Təmkin Xəlilzadə ("Zirə"), Toral Bayramov, Abbas Hüseynov ("Qarabağ"), Amin Seyidov ("Sabah"), Rçard Almeyda, Qara Qarayev ("Qarabağ"), Coşqun Diniyev ("Zirə"), Filip Ozobiç ("Qarabağ"), Eddi İsrafilov ("Neftçi"), Aleksey İsayev ("Sabah"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov ("Erzgebirge Aue", Almaniya), Namik Ələskərov ("Bursaspor", Türkiyə), Renat Dadaşov ("Tondela", Portuqaliya), Ramil Şeydayev ("Qarabağ") və Ağabala Ramazanov ("Zirə") yer alıblar.
Millimizin hər iki görüşü Maltadakı Milli Stadionda keçiriləcək.
Facebook-da paylaş