Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib

 “Qarabağ”ın futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib

Fevralın 22-də Ağdamın “Qarabağ” klubunun futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib.
BrendSport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə qurumun idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.
Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Q.Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib.
Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş