Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan muay-tayçıları Avropa çempionatında doqquz medal qazanıblar

Azərbaycan muay-tayçıları Avropa çempionatında doqquz medal qazanıblar


Azərbaycanın muay-tay komandası İstanbulda keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
BrendSport.az xəbər verir ki, komandamızın üzvlərindən İzzət Həsənov, Emili Rzayeva, Xəyal Əliyev bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar. Rəvan Qasımov gümüş, Murad Malıyev, Zaur Quluzadə, Natiq Əliyev, Amin Əlili, Nihad Şoranov bürünc medallara sahib olublar.
İdmançılarımız qitə çempionatında Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoy, yığma komandanın baş məşqçisi Fəxri Əliyev və məşqçilər Mürsəli Yekibaşov və Elcin Eminovun rəhbərliyi altında mübarizə aparırlar.
Yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Fərid Qarayev və hakim Həmidə Xəlilova təmsil edirlər.
Avropa çempionatına fevralın 20-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş