Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün "Qarabağ" səfərdə "Marsel" komandası ilə qarşılaşacaq

Bu gün "Qarabağ" səfərdə "Marsel" komandası ilə qarşılaşacaq


Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə Fransanın "Marsel" komandası ilə qarşılaşacaq.
BrendSport.az xəbər verir ki, "Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
"Marsel" və "Qarabağ" avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Hər iki komanda cari mövsüm qrup mərhələsində cəmi bir oyunda uduzub. Fransa təmsilçisi UEFA Avropa Liqasında qrup üçüncüsü olduğu, Ağdam klubu isə UEFA Konfrans Liqasında mübarizə apardığı H qrupunu ikinci sırada başa vurduğu üçün pley-offa vəsiqə qazanıb.
"Köhlən atlar"ın heyətində Şahruddin Məhəmmədəliyev və Xayme Romero zədəlidir, Bədavi Hüseynov, Abbas Hüseynovun isə meydana çıxması sual altındadır. Meydan sahiblərində isə yeganə itki Valenten Ronjyenin cəzalı olmasıdır.


Facebook-da paylaş

Xəbəri paylaş