Şahmatçımız Abdulla Qədimbəyli Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək.
BrendSport.az xəbər verir ki, Azərbaycanı yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnir 9 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək. Turnirdə 16 şahmatçı iştirak edəcək ki, onlardan da 7-si qrosmeysterlərdir.
Yarış fevralın 13-dək davam edəcək.
Qeyd edək ki, bundan əvvəl şahmatçımız Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 10 turdan 4 xal əldə edərək 13-cü yeri tutub.
Facebook-da paylaş