Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Faiq Qarayev: Gələn il bir qadın və bir kişi komandasının avrokuboklarda çıxış etməsini planlaşdırırıq

Faiq Qarayev: Gələn il bir qadın və bir kişi komandasının avrokuboklarda çıxış etməsini planlaşdırırıq

Azərbaycanda populyar olan voleybol sevilən idman növlərindən biridir. Son iki ildə pandemiya şəraitində baş verən çətinliklər, digər tərəfdən klubların bağlanması voleybolun inkişafına təsirini göstərib.
BrendSport.az xəbər verir ki, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev Super Liqa və Yüksək Liqada 2021-2022-ci il mövsümünün açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçildiyini bildirən F.Qarayev bunu, Azərbaycan Voleybol Federasiyasına verilən böyük önəmin bariz nümunəsi kimi dəyərləndirib. O, qeyd edib ki, yenidən "Azerreyl" klubuna rəhbərlik edəcək: “Əminəm ki, birgə səyimizlə Azərbaycan voleybolunu inkişaf etdirəcəyik. Kifayət qədər gənc və perspektivli oyunçular var. Komandaların gündə 4-5 saat məşq etməsi üçün onlara şərait yaradılmalıdır. Federasiya hazırda bu məsələlərin həlli ilə bağlı çalışır. "Murov" klubunun Biləcəridəki idman zalı təmir olunub. Digər tərəfdən federasiyanın zalı, eyni zamanda “Sərhədçi” klubunun bazasında məşqlər üçün hər şərait yaradılıb. Artıq voleybolçuların məşqləri üçün dörd zal hazırdır”.
F.Qarayev bağlanmış voleybol klublarının yenidən fəaliyyətə başlamasını istədiklərini bildirib: "Gələn il çempionatlarda 8 kişi və 8 qadın komandasını görmək istəyirik. Bağlanmış klubların yenidən fəaliyyətə başlaması voleybolun inkişafına töhfə verər. Potensallı voleybolçular var və onları klublara cəlb etməliyik. Federasiya bu məsələlərlə məşğuldur. Gələn il bir qadın və bir kişi komandasını avrokuboklarda çıxış etməsini planlaşdırırıq”.


Facebook-da paylaş

Xəbəri paylaş