Bu gün futbol üzrə Azərbaycan yığmasının Millətlər Liqasında rəqibləri bəlli olacaq
Dekabrın 16-da futbol üzrə UEFA Millətlər Liqasında 2022-2023-cü il mövsümünün püşkü atılacaq.
BrendSport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən Azərbaycan milli komandasının Millətlər Liqasında rəqibləri bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv püşkatmaya 3-cü səbətdən qatılacaq.
Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
A Liqası
1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika;
2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya;
3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya;
4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan.
B Liqası
1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya;
2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya;
3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya;
4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan.
C Liqası
1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya;
2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya;
3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo;
4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları.
D Liqası
1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta;
2-ci səbət: Latviya, San-Marino, Andorra.
Qeyd edək ki, Millətlər Liqasının birinci turu iyunun 2-4-də, ikinci turu 5-8-də, üçüncü turu 9-11-də, dördüncü turu 12-14-də, beşinci turu sentyabrın 22-24-də, altıncı turu 25-27-də keçiriləcək. Yarışmanın final mərhələsi 2023-cü il iyun 14 -18-də təşkil ediləcək.
Facebook-da paylaş