Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Ağayev vado-kai karate üzrə Avropa çempionatının qalibi olub

Fərid Ağayev vado-kai karate üzrə Avropa çempionatının qalibi olub

Azərbaycanın 18-21 yaşlı gənclərdən ibarət milli komandasının üzvü Fərid Ağayev (75 kq) Almaniyanın Halle şəhərində keçirilən vado-kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medala sahib olub.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, həmin yaş qrupunda digər idmançımız Abbas Dadaşov (+78 kq) isə ilk döyüşündə almaniyalı rəqibinə 5:0 hesabı ilə qalib gəlsə də, çiynindən zədələndiyindən mübarizəni yarımçıq dayandırmalı olub.
Karateçilərimiz bu mötəbər yarışda Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirovun rəhbərliyi ilə çıxış ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş