“Real Madrid” klubu “Monako”nun yarımmüdafiəçisi ilə maraqlanır
Fransa yığmasının PSJ-də çıxış edən hücumçusu Kilian Mbappeni heyətinə qatmaq istəyən “Real Madrid” millinin daha bir oyunçusu ilə maraqlanır.
BrendSport.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət “Monako” klubunun yarımmüdafiəçisi Orelyen Tçuamendən gedir.
Madrid təmsilçisi “Monako”nun 2020-ci ilin yanvarında 18 milyon avroya “Bordo”dan transfer etdiyi 21 yaşlı futbolçunu uzun müddətdir ki, diqqətdə saxlayırmış.
Ötən ay Fransa millisində debüt edən futbolçu oktyabrın 10-da UEFA Millətlər Liqasının finalında İspaniya millisinə qarşı oyunda 90 dəqiqə meydanda olub. “Yuventus” və “Çelsi” klubları da yarımmüdafiəçi ilə yaxından maraqlanır. 2024-cü ilədək “Monako” ilə müqaviləsi olan futbolçunun transfer qiyməti 35 milyon avrodur.
Facebook-da paylaş