Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tokio Paralimpiadasında cüdoçularımızın ilkin rəqibləri məlum olub

Tokio Paralimpiadasında cüdoçularımızın ilkin rəqibləri məlum olub

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında mübarizə aparacaq idmançılarımızın ilk görüşlərdəki rəqibləri müəyyənləşib.
BrendSport.az xəbər verir ki, Paralimpiyaçımız Şəhanə Hacıyeva (48 kq) yaponiyalı Hanqai Şizuka, Bəsti Səfərova (52 kq) yerli idmançı Fucivara Yui ilə qarşılaşacaqlar. Habelə 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Sevda Vəliyeva Dayana Fedossova və Xusan Kizi Xaitxon arasında baş tutacaq qarşılaşmada, Xanım Hüseynova (63 kq) Kudo Hiroko - Mutia Liana duelində üstün olan tərəflə görüşəcəklər. Dürsədəf Kərimovanın (+70 kq) rəqibi ukraynalı rəqib Anastasiya Harnik olacaq.
Kişi cüdoçularımızdan Vüqar Şirinli (60 kq), Borges Henri və Recep Çiftçi arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək. Namiq Abaslının (66 kq) rəqibi İbanez Banon - Perez Luis Jabdiel görüşündə qələbə qazanan idmançı olacaq. Hüseyn Rəhimli (81 kq) Daniel Pauel - Pereira Arruda Harli Damiao qarşılaşmasının qalibi, Kənan Abdullaxanlı (100 kq) özbək Şərif Xəlilov, İlham Zəkiyev britaniyalı (+100 kq) isə Hodqson Cek ilə görüşəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş