“Aşdod”–“Qarabağ” matçını serbiyalı hakimlər briqadası idarə edəcək
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Aşdod” (İsrail) – “Qarabağ” (Ağdam) matçının hakim təyinatları açıqlanıb.
BrendSport.az xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər idarə edəcək. Novak Simoviç matçın baş hakimi olacaq. Nikola Coroviç və Miloş Simoviç isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Aleksandr Jivkoviç yerinə yetirəcək.
Xatırladaq ki, “Aşdod” – “Qarabağ” oyunu iyulun 29-da Bakı vaxtı ilə saat 21:00-da İsraildə start götürəcək.
Facebook-da paylaş