SOCAR artıq UEFA-nın sponsorları sırasında yer almır – YENİ QƏRAR
UEFA-nın Azərbaycanın SOCAR şirkəti ilə əməkdaşlığı başa çatıb.
BrendSport.az xəbər verir ki, bu barədə Almaniyanın Deutschlandfunk.de nəşri məlumat yayıb.
Artıq şirkətin loqosu UEFA-nın rəsmi saytında da yoxdur.
Almaniya mətbuatının yazdığına görə, SOCAR-la UEFA əməkdaşlığa son qoysa da, şirkət Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyununu maliyyələşdirəcək.
SOCAR 2016-cı ildə keçirilən Avropa çempionatının sponsorlarından idi. Şirkət həmin vaxt turnir üçün 90 milyon avro xərcləyib.
Facebook-da paylaş