Konfrans Liqası: “Sabah”– “Petrokub” oyununa 3 min bilet satılıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah” ilə Moldovanın “Petrokub” komandaları arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir.
BrendSport.az xəbər verir ki, artıq oyuna 3 min bilet satılıb. Azarkeşlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah”–“Petrokub” görüşü iyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək. İlk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Facebook-da paylaş






















