EYOF-da Azərbaycanı təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 2 stolüstü tennisçi təmsil edəcək.
BrendSport.az xəbər verir ki, festivalda Şəbnəm Mənsurova və Uğur Nəzərli mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.
Facebook-da paylaş
