Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın iki qadın güləşçisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq



İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın 3 qadın güləşçisi xalçaya çıxıb. Aysel Məmmədzadə (50 kiloqram) 1/8 finalda türkiyəli Fatma Kızmaza 0:6 hesabı ilə məğlub olub. Nərgiz Səmədova (55 kiloqram) çinli Liuxuan Çeni (18:13) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda monqolustanlı Xaliun Byambasurenə 2:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Nərgiz sabah təsəlliverici görüşdə kanadalı Madisin Qrofla güləşəcək.

Ruzanna Məmmədova (59 kiloqram) polşalı Nikola Vasilevskaya “tuş”la, çinli Yifan Juya isə 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında yaponiyalı Sakura Onişiylə bacarmayıb – 0:10. Ruzannanın bürünc medal uğrunda qarşılaşmada rəqibi Yelena Kurova (AİN) – Komal Komal (Hindistan) görüşünün qalibi olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş