Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fernandu Santuş: Azərbaycanı Millətlər Liqasında yaxşı təmsil etməyə çalışacağıq



"Əzmkar və mübariz komanda qurub, rəqiblərimizin qarşısına çıxacaq, Azərbaycanın uğurları naminə çalışacağıq".

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında İsveç və Slovakiya yığmaları ilə keçiriləcək oyunlardan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis yığmanın aparıcı üzvü Mahir Emrelinin heyətdə yer almamasına aydınlıq gətirib: "O, hazırda zədəlidir. 50 nəfərin olduğu siyahıdan seçim etmək məcburiyyətində idim. İndiki durumda yalnız 24 nəfəri heyətə cəlb edə bildim. Amma bu o demək deyil ki, digərləri növbəti oyunlarda meydana çıxa bilməyəcəklər. Mahirlə yanaşı, bir neçə futbolçunu da eyni səbəbdən milli komandaya çağırmadım. Fikrimcə, onların yoxluğu komandamızın oyununa mənfi təsir göstərməyəcək".

O bildirib ki, Azərbaycanı Millətlər Liqasında yaxşı şəkildə təmsil etmək üçün əllərindən gələni edəcəklər: "Az vaxtımız qalıb. Yalnız qələbə qazanmaq haqqında düşünürük. Məşqlərimiz sentyabrın 4-də yekunlaşacaq. Futbolçuların fiziki hazırlığında köklü dəyişikliklər etməmişik. Onlar hazırda oynadıqları klublarda keçdikləri fiziki məşqləri yerinə yetirirlər".

Portuqaliyalı çalışdırıcı milliyə çağırılan hər bir oyunçunun onun üçün önəmli olduğunu vurğulayıb: "Mənə görə bu millinin formasını geyinən bütün futbolçular bərabərdir. Heç kim digərindən daha üstün deyil. Düşünürəm ki, hazırda heyətdə yer alan bütün oyunçular İsveç və Slovakiya ilə matçlarda özlərini yaxşı şəkildə göstərə biləcəklər. Onlar verdiyim şansa layiq futbolçulardır".

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş