Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
BrendSport.az xəbər verir ki, qitə futbol qurumuna göndərilən siyahıda 24 futbolçu yer alıb.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 12. Sadiq Məmmədzadə;
Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 66. Patrik Andrade;
Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 19. Redon Cica, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.
Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 23-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
Facebook-da paylaş