Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Kaspiysk şəhərində “Surakat Asiyatilov”un xatirəsinə həsr edilmiş 20 yaşadək yeniyetmələr arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.
BrendSport.az xəbər verir ki, milli komandanın 3 üzvü fəxri kürsüyə qalxıb.
Yığmanın heyətində yalnız finalda məğlub olan Təvəkkül Xəziyev (67 kiloqram) gümüş medalın sahibi olub. Tural Əhmədov (60 kiloqram) və Cocu Səmədov (87 kiloqram) isə bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, turnirdə 7 ölkədən ümumilikdə 190 güləşçi mübarizə aparıb.
Facebook-da paylaş