Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında



Azərbaycan qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 50 kiloqramda mübarizə aparan idmançı 1/4 finalda litvalı Qabija Dilyuteyə 41 saniyə ərzində tam üstünlüklə (10:0) qalib gəlib.

O, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya üçün Yuli Marrin Sabatye (Fransa) – Oksana Livaç (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kiloqram) isə 1/4 finalda məğlub olaraq lisenziya qazana bilməyiblər.


Facebook-da paylaş

Xəbəri paylaş