Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatında üç qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə dönüb



Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli Vətənə qayıdıb.

BrendSport.az
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançının qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dadaş Dadaşbəyli toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş