Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün “Qarabağ” Xankəndidə tarixi oyuna çıxır


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

BrendSport.az
xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.

Mərhələnin son oyunu isə Bakıda “Neftçi” və “Qaradağ Lökbatan” komandaları arasında baş tutacaq. “Neftçi Arena”dakı matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail” və “Zirə” komandaları 1/4 finala adlayıblar.


Facebook-da paylaş

Xəbəri paylaş