Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Globe Soccer Awards” mükafatına namizədlərin adları açıqlanıb



"Globe Soccer Awards” mükafatı ilin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb. Otuz nəfərdən ibarət ümumi siyahıya daxil olanların arasında Kriştianu Ronaldu, Lionel Messi, Erling Holand və başqaları da var.

BrendSport.az
xəbər verir ki, “Globe Soccer Awards”ın versiyasına görə, ilin futbolçusu adına namizədlərin siyahısına Nikolo Barella, Xulian Alvarez, Cud Bellinqem, Karim Benzema, Kevin De Breyne, Yassin Bono, Ruben Diaş, Ederson, Fil Foden, Cek Qriliş, Antuan Qrizmann, İlkay Gündoğan, Erling Holand, Harri Keyn, Khviça Kvaratskheliya, Kilian Mbappe, Robert Levandovski, Lautaro Martines, Lionel Messi, Kim Min Ce, Luka Modriç, Martin Edeqor, Andre Onana, Viktor Osimhen, Rodri, Kriştianu Ronaldu, Bukayo Saka, Vinisius Junior, Bernardu Silva, Mohamed Salah daxildir.

İndi “Globe Soccer Awards” mükafatının təşkilatçıları səsvermə keçirərək, onun əsasında mükafata namizədlərin yekun siyahısını tərtib edəcəklər. “Globe Soccer Awards”ın “İlin ən yaxşı futbolçusu” mükafatı 2011-ci ildən bəri verilir və cəmi 12-ci olan bu mükafata 6 dəfə Ronaldu layiq görülüb.

“Globe Soccer Awards” mükafatı ilin ən yaxşı klubu tituluna namizədlərin adlarını da açıqlayıb.

Namizədlər arasında “Əl-Əhli” Qahirə, “Əl-Hiləl”, “Əl-İttihad”, “Arsenal”, “Barselona”, “Bavariya”, “Benfika”, “Boka Juniors”, “Feyenoord”, “Fluminense”, “İnter”, “Mançester Siti”, “Napoli”, PSJ, “Roma”, “Sevilya”, “Union”, “Urava Red Daymonds”, “Vest Hem” və “Vidad” yer alıblar.


Facebook-da paylaş

Xəbəri paylaş