Azərbaycan sumoçuları Avropa birinciliyini 7 medalla başa vurublar
Azərbaycan kişi sumoçuları İsveçrənin Renens şəhərində yeniyetmələr arasında keçirilmiş Avropa birinciliyində yeddi medal qazanıblar.
BrendSport.az xəbər verir ki, U-18 qitə çempionatını 2 qızıl, 3 gümüş və 2 bürünc mükafatla başa vuran yığma komanda hesabında ikinci yeri tutub.
Rauf Yadigarlı (mütləq çəki), Cavidan Nəhmətov (70 kiloqram) birinci, Coşqun Kəlbiyev (55 kiloqram), Kəmran Rəcəbli (70 kiloqram), Abdullah Şərif (90 kiloqram) ikinci, Rauf Yadigarlı (+100 kiloqram) isə üçüncü yerin sahibi olublar.
Komanda yarışında isə Rauf Yadigarlı, Məhəmməd Təmirov, Abdullah Şərif və Əli Hümbətzadə bürünc medal əldə ediblər.
Facebook-da paylaş