Futbol üzrə İspaniya La Liqasında sürpriz lider
Sentyabrın 27-də futbol üzrə İspaniya La Liqasında 7-ci turun növbəti oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, Madridin “Real” klubu növbəti qələbəsini “Las Palmas” üzərində qazanıb – 2:0. “Kral klubu”nun heyətində 43-cü dəqiqədə Diaz, 54-cü dəqiqədə isə Joselu fərqləniblər.
Turun sürpriz nəticəsi Valensiyada qeydə alınıb. Burada “Vilyareal” öz meydanında sonra zamanlar inamlı çıxış edən “Jirona”ya məğlub olub – 1:2. Qonaqlar geriyə düşdükləri oyunda dönüş etməyi bacarıblar. Matçın 49-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Parexo “Sarı sualtı qayığ”ı hesabda önə çıxarıb. Lakin 56-cı dəqiqədə Dovbyk, 61-ci dəqiqədə isə Qarsiya meydan sahiblərinin qapısına yol tapmaqla hesabı “Jirona”nın xeyrinə dəyişiblər.
Beləliklə, 7 oyunda 6 qələbə qazanan və 1 heç-heçə edən “Jirona” 19 xalla turnir cədvəlinin vahid lideridir. İkinci pillədə qərarlaşan “Real Madrid”in 18, üçüncü pillədə yer alan “Barselona”nın isə 17 xalı var.
Qeyd edək ki, günün digər oyunları belə nəticələnib:
“Atletik Bilbao” – “Xetafe” – 2:2
“Kadiz” – “Rayo Valekano” – 0:0
“Valensiya” – “Real Sosyedad” – 0:1.
Facebook-da paylaş