Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Olimpiya” klubunun Bakıya səfər proqramı müəyyənləşib



UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Sloveniyanın “Olimpiya” klubunun səfər proqramı müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, Lyublyana təmsilçisi bu gecə yola düşəcək.

Komandanı Bakıya gətirəcək təyyarənin saat 05:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi planlaşdırılır. Sloveniya çempionu “Fairmont” hoteldə məskunlaşacaq.

Komandanı matçda dəstəkləmək üçün təxminən 15 azarkeşin gəlməsi gözlənilir.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. “Qarabağ” səfərdə reallaşan ilk matçda 2:0 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş