Harri Keyn Bundesliqanın tarixinə düşüb
İngiltərə millisinin və "Bavariya" klubunun futbolçusu Harri Keyn Almaniya Bundesliqasının tarixinə düşüb.
BrendSport.az xəbər verir ki, 30 yaşlı hücumçu buna çempionatın ilk turunda "Verder"ə 4:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.
Təcrübəli forvard Bundesliqadakı debüt görüşündə qol və məhsuldar ötürmə ilə yadda qalan ilk ingiltərəli oyunçudur.
Qeyd edək ki, Harri Keyn bu ay "Tottenhem"dən Münhen təmsilçisinə keçib.
Facebook-da paylaş