Konfrans Liqası: "Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
BrendSport.az xəbər verir ki, Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn Murad Musayevin baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.
Cavab oyununun ilk hissəsində qapılara top vurulmayıb. Əvəzində 34-cü dəqiqədə qonaqların hücumçusu Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Hesab isə 67-ci dəqiqədə açılıb. Yanus İkauniyeks qonaqları önə çıxarıb. Buna baxmayaraq, "Sabah" məğlubiyyətdən xilas ola bilib. Cəmi 10 dəqiqə sonra fərqlənən Coy Lens Mikels tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Emanuel Apeh yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.
Facebook-da paylaş