Avropa çempionatı: Azərbaycan boksçusu italiyalı rəqibinə qalib gəlib
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.
BrendSport.az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançı Françesko Krusilyanı (İtaliya) məğlub edib.
O, 1/16 finalda baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.
Facebook-da paylaş