Bundesliqada mövsümün ən yaxşı futbolçusu açıqlanıb
Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
BrendSport.az xəbər verir ki, "Kicker" nəşri oyunçular arasında səsvermə keçirib.
“Ayntraxt”ın hücumçusu Randal Kolo Muani 24,2 faiz səslə birinci olub.
Dortmund “Borussiya”sından İspaniyanın "Real Madrid" klubuna keçən Cud Bellingem (17,5 faiz) ikinci, "Verder"dən Niklas Füllkruq (11,9 faiz) üçüncü pillədə qərarlaşıb.
"Union" (Berlin) komandasından Urs Fişer (21,8 faiz) isə ən yaxşı baş məşqçi adına layiq görülüb.
Facebook-da paylaş