"Qarabağ" klubu afrikalı hücumçu üçün təklif göndərib
Portuqaliyanın "Maritimu" klubunun futbolçusu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər.
BrendSport.az xəbər verir ki, "Qarabağ" 30 yaşlı hücumçu ilə maraqlanır.
Nəşr "Maritimu" aşağı liqaya düşdüyü üçün kamerunlu forvardın növbəti mövsüm komandada qalmayacağının dəqiq olduğunu bildirib.
Ağdam təmsilçisinin həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Diderik Joel son olaraq icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Həzm" klubunun formasını geyinib. Afrikalı hücumçu 15 matçda 7 qola imza atıb.
Facebook-da paylaş