İngiltərə Premyer Liqasında yeni mövsümün püşkü atılıb
Futbol üzrə İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün püşkü atılıb.
BrendSport.az xəbər verir ki, I turun ilk oyunu avqustun 11-də gerçəkləşəcək.
Çempion "Mançester Siti" "Bernli”nin qonağı olacaq. Həmin turda "Çelsi" və "Liverpul" komandaları da üz-üzə gələcək. Görüş avqustun 13-də keçiriləcək.
Mövsümün sonuncu turu 2024-cü il mayın 19-da baş tutacaq.
Facebook-da paylaş