Afrikalı futbolçu: “Turan Tovuz”da qalmaq istərdim, amma başqa təkliflərim də var”
“Turan Tovuz”da qalmaq istərdim, amma başqa təkliflərim də var”.
BrendSport.az xəbər verir ki, bunu “Turan Tovuz”un afrikalı futbolçusu Xulu Siyanda “Citizen.co.za” saytına açıqlamasında deyib.
32 yaşlı müdafiəçi başa çatan müqaviləsini yeniləməyin əleyhinə deyil: “Növbəti mövsüm “Turan Tovuz”a qayıtsam, maraqlı olar. Çünki ora xoşuma gəlir, rəqabətli liqa var. Azərbaycan çempionatına daim oynamaq üçün yollanmışdım. Maraqlı mübarizəyə şahidlik etdim. Gələcəklə bağlı hələ qərarımı verməmişəm”.
Cənubi Afrika millisinin üzvü “Turan Tovuz” rəhbərliyi ilə danışıqları davam etdirdiyini də vurğulayıb.
Qeyd edək ki, Xulu Siyanda 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 25 oyun keçirib, 1 qol vurub.
Facebook-da paylaş