Bolqarıstan klubu azərbaycanlı futbolçu ilə üç illik müqavilə imzalayıb
Bolqarıstanın "Arda" klubu Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun transferini açıqlayıb.
BrendSport.az xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə üç illik müqavilə imzalanıb.
Hüseynov tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirib.
Qeyd edək ki, 2020-ci ildən "Zirə"nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında "Şamaxı"nın formasını geyinib.
Facebook-da paylaş