Çempionlar Liqasının ən yaxşı bombardiri məlum olub
Çempionlar Liqasının 2022-2023-cü illər mövsümünün ən yaxşı bombardiri “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland olub.
BrendSport.az xəbər verir ki, hücumçu turnirdə 11 matçda 12 qola imza atıb.
Qeyd edək ki, Haaland həmçinin, 35 matçda 36 qol vuraraq İngiltərə Premyer Liqasının da (APL) bombardiri seçilib.
Facebook-da paylaş